Millimiz Malta seçməsini darmadağın etdi » Pressing.Az
Millimiz Malta seçməsini darmadağın etdi – DÇ
Digər növlər 13-06-2024, 11:36

Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatında növbəti qələbəsini qazanıb.

Pressing.az xəbər verir ki, komandamız Binə Atçılıq Mərkəzində Malta kollektivini də 5:0 hesabı ilə məğlub edib.

Millimiz A qrupunda 6 xalla liderdir.

Qrupda digər oyunlarımız Türkiyə və Özbəkistan komnadalarına qarşı olacaq.