Xəbər lentiwidget-title-icon

Zaur Həşimov: "Bu qələbəyə hava-su kimi ehtiyacımız vardı”
"Neftçi" "Zirə"yə qarşı, "Şəfa"dan qələbə - YENİLƏNİB
Braziliyalı sabiq futbolçu vəfat edib
"Turan" üçün çətin İstanbul sınağı
Azərbaycan boksçuları IBA Prezident kubokunda çıxış edəcəklər
Azərbaycan millisinin hücumçusu “İnter”ə doğru
Misli Premyer Liqasında YENİLİK: AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" matçı üçün HEYƏTLƏR
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanıldı
İmaməddin Xəlilov Qazaxıstanda bürünc medal qazanıb
MPL: "İmişli" "Şəfa"ya, "Neftçi" "Zirə"yə qarşı
İtaliya klubunda yeni müqavilə - RƏSMİ
Ərdoğan “Beşiktaş” prezidentinə zəng edib
İngiltərə klubunda ciddi itki
KL: "Trabzonspor" və "Frayburq"dan qələbə
Avropa Liqasında gecənin nəticələri
Gəncədə qolsuz bərabərlik
"Sabah"a qollar vuran futbolçu həftənin qalibi oldu
“Şahdağ Qusar" I dövrənin qalibidir
Derbi ona tapşırıldı
Misli Premyer Liqasında 13-cü turun hakimləri açıqlanıb
“Sabah” “Litva diplomatiyasının ulduzu” mükafatını alan baş məşqçisini təbrik edib
Azərbaycan millisindən Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə start
AFFA onu cəzalandırdı
Azərbaycanda yeni cüdo zalı açılıb

Türkiyəli cüdoçu Azərbaycan millisində çıxış edəcək

Beynəlxalq Cüdo Federasiyası Acelya Toprakın 3 noyabr 2023 ildən etibarən Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verib.

Pressing.az
xəbər verir ki, Acelya Toprak qadınlardan ibarət milli yığmanın tərkibində -57 kq. çəki dərəcəsində mübarizə aparacaq.

Hazırda dünya reytinqində 27-ci yerdə gedən idmançı 2022-ci ildə keçirilən Pert Açıq Okeaniya turnirinin gümüş medalçısıdır və 2017-ci ildə gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.

“Dünyanın ən uğurlu cüdo komandalarından biri hesab olunan Azərbaycan cüdo millisinə qoşulduğum üçün həyəcanlı və sevincliyəm. Mən şadam ki, uğurlu transferdən sonra 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarına namizədliyimi Azərbaycan milli yığmasının tərkibində davam etdirə biləcəyəm.

Həyatım olimpiya səyahətinə həsr olunub və inanıram ki, bu inanılmaz dəstəkləyici mühitdə böyük nailiyyətlər əldə edə biləcəyəm. Buradakı qonaqpərvərlik çox yaxşıdır və mən Azərbaycanın qüruru üçün mübarizə aparacağam.

Azərbaycanı Paris Oyunlarında həm fərdi, həm də komanda yarışlarında təmsil etməyi səbirsizliklə gözləyirəm. Həmçinin, Azərbaycan cüdosunun qadın siması kimi fəaliyyət göstərməkdən və ACF-in məqsədinə çatmasına kömək etməkdən məmnunam. Son olaraq, Bakıda məni səmimi qarşıladıqları üçün ACF-in rəhbərliyinə, məşqçilərə, idmançılara və federasiyanın heyətinə təşəkkür edirəm", - deyə Acelya Toprak bildirib.

Qeyd edək ki, idmançının transferində əsas məqsəd komanda daxili rəqabəti artırmaqla yanaşı, güclü məşq partnyoru hesabına perspektivli gənc və yeniyetmə idmançıların inkişafına dəstək olmaqdır.

Oxşar xəbərlər


Bütün xəbərlər