Xəbər lentiwidget-title-icon

Azərbaycan millisinə 25 futbolçu çağırılıb - SİYAHI
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi: "Mentaliteti bilirəm"
Türkiyədə futbolçu vəfat etdi
SON DƏQİQƏ! "Araz-Naxçıvan"da yeni baş məşqçi
"Şəfa" yenidən Qəbələyə yollanır
Azərbaycan millisinin oyunu hansı kanalda? - TV AFİŞA
"Sumqayıt"dan yeni transfer - RƏSMİ
Məşhur futbolçunun yeni klubu - RƏSMİ
AFFA-dan "İmişli"yə 10 min manat cərimə
Bölgə klubunun futbolçusu 6 oyunluq cəzalandırıldı
Avarçəkmə və kanoe üzrə “Mingəçevir Reqatası” yenidən Köndələn su anbarında başlayır
"Barselona"nın Rafinya ilə bağlı qərarı
Azərbaycanda bu futbol klubu ləğv edildi
"Xankəndi" doğma şəhərə qayıdır
Azərbaycan millisi Tacikistana qarşı
Azərbaycan seçməsi beynəlxalq yarışda iştirak edəcək
“Sumqayıt”da yeni müqavilə
“Kəpəz” Azərbaycan millisi ilə qarşılaşacaq
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu olub
Bundesliqa klubunda yeni baş məşqçi
Ayxan Abbasov: "Bizdəki təzyiq bəlkə də heç Litvada yoxdur"
"Kəpəz"də ciddi itki
"Xalqımızı sevindirmək istəyirik" - Rəhman Daşdəmirov
Axtam Nazarov: “Azərbaycan kimi komandalara qarşı oynamaq maraqlıdır”
Azərbaycan millisinin matçının hakimləri bilindi

“DH Volley” komandası voleybol meydançası inşa edib – FOTOLAR

“DH Volley” (“Demirören Holdinq”) komandası gənclər arasında idmana marağın artırılması, voleybolun daha geniş auditoriyaya çatdırılması və sağlam nəslin yetişdirilməsi məqsədilə Bakıda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində sosialyönümlü layihə həyata keçirib.

Pressing.az xəbər verir ki, layihə çərçivəsində məktəbin həyətində müasir standartlara uyğun açıq voleybol meydançası inşa olunub. Meydança yumşaq örtük, tor, dirəklər və zəruri idman avadanlıqları ilə tam təchiz edilib. Şagirdlərin oyunları rahat şəkildə izləyə bilmələri üçün tribunalar qurulub və oturacaqlar yerləşdirilib. Eyni zamanda, şagirdlərin voleybola aktiv cəlb olunmasını təşviq etmək məqsədilə onlara voleybol topları və iki hissəli forma dəstləri təqdim edilib.

Bununla yanaşı, şagirdlərin idman atmosferini daha yaxından hiss etmələri üçün onların oyun məkanlarına xüsusi nəqliyyat vasitələri ilə daşınması təşkil olunur. Bu təşəbbüs şagirdlərə peşəkar yarış mühitini hiss etməyə imkan yaradır, onların idmana marağını artırır, komanda ruhunu və motivasiyanı gücləndirir. Tədbirlərdən sonra şagirdlərin təhlükəsiz şəkildə məktəbə geri qaytarılması da təmin edilir.

Layihə yalnız şagirdlərin fiziki inkişafını deyil, həm də sosial bacarıqlarının formalaşmasını hədəfləyir. Bu təşəbbüs onların ünsiyyət qurmalarına, özünəinamlarının artmasına və sağlam həyat tərzi sürmələrinə töhfə verir.

“DH Volley” komandasının rəhbərliyi bildirir ki, bu kimi layihələr yalnız bu günü deyil, gələcəyi də formalaşdırır. İdmanla məşğul olan gənclərin cəmiyyətin inkişafında mühüm rol oynayacağı vurğulanır.

Layihənin gələcəkdə daha çox şagirdi əhatə etməsi və müxtəlif təhsil müəssisələrində də həyata keçirilməsi planlaşdırılır.

“DH Volley” komandası voleybol meydançası inşa edib – FOTOLAR






Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycan millisinə 25 futbolçu çağırılıb - SİYAHI
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi: "Mentaliteti bilirəm"
Türkiyədə futbolçu vəfat etdi
SON DƏQİQƏ! "Araz-Naxçıvan"da yeni baş məşqçi
"Şəfa" yenidən Qəbələyə yollanır
Azərbaycan millisinin oyunu hansı kanalda? - TV AFİŞA
"Sumqayıt"dan yeni transfer - RƏSMİ
Məşhur futbolçunun yeni klubu - RƏSMİ
AFFA-dan "İmişli"yə 10 min manat cərimə
Bölgə klubunun futbolçusu 6 oyunluq cəzalandırıldı
Avarçəkmə və kanoe üzrə “Mingəçevir Reqatası” yenidən Köndələn su anbarında başlayır
"Barselona"nın Rafinya ilə bağlı qərarı
Azərbaycanda bu futbol klubu ləğv edildi
"Xankəndi" doğma şəhərə qayıdır
Azərbaycan millisi Tacikistana qarşı
Azərbaycan seçməsi beynəlxalq yarışda iştirak edəcək
“Sumqayıt”da yeni müqavilə
“Kəpəz” Azərbaycan millisi ilə qarşılaşacaq
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu olub
Bundesliqa klubunda yeni baş məşqçi