"Gəncə"dən öz meydanında məğlubiyyət » Pressing.Az
"Gəncə"dən öz meydanında məğlubiyyət
Digər növlər 30-11-2025, 11:11

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 4-cü turun bir oyunu keçirilib.

Pressing.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən matçda “DH Volley” “Gəncə”nin qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 1:3 (18:25, 17:25, 25:17, 17:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb.