ABL: 4-cü tura start verilir
Digər növlər
Bu gün, 15:18

Azərbaycan Basketbol Liqasında 4-cü tura bu gün start veriləcək.
Pressing.az xəbər verir ki, günün yeganə matçında "Sabah" "Gəncə"ni qəbul edəcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
"Sabah" A qrupunda 6 xalla liderdir. Rəqiblərindən bir oyun az keçirən bölgə təmsilçisi 3 xalla dördüncüdür.
4-cü tura oktyabrın 26-da yekun vurulacaq.
