Bu gün 4-cü tura yekun vurulur – ABL
Digər növlər
1-12-2024, 13:13

Bu gün Azərbaycan Basketbol Liqasında 4-cü tura yekun vurulacaq.
Pressing.az xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.
"Sərhədçi" "Neftçi" ilə, "Gəncə" "Şəki" ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq 12:00 və 14:00-da start götürəcək.
Əvvəlki matçlarda "Naxçıvan" "Abşeron"u (72:68), "Ordu" "Lənkəran"ı (92:55), "Sabah" NTD-ni (110:86), "Quba" isə "Sumqayıt"ı (97:83) məğlub edib.
