“Lənkəran” “Quba”ya məğlub oldu – ABL
Digər növlər
Dünən, 16:21

Azərbaycan Basketbol Liqasında 18-ci tura start verilib.
Pressing.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında “Lənkəran” “Quba”nı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 95:86.
“Quba” B qrupunda 23 xalla beşinci, meydan sahibləri 21 xalla sonuncu – altıncıdır.
Tura martın 16-da yekun vurulacaq.
