Daha bir ABŞ-li oyunçu Azərbaycan klubunda » Pressing.Az
Daha bir ABŞ-li oyunçu Azərbaycan klubunda - RƏSMİ
Digər növlər 1-10-2025, 11:30

“Naxçıvan” ABŞ-dən olan basketbolçu Kris Klarkla 1 illik müqavilə imzalayıb.

Bu barədə Pressing.az-a klubdan məlumat verilib.

40 yaşlı oyunçu karyerası ərzində ABŞ, Böyük Britaniya, Lüksemburq, Avstraliya, Səudiyyə Ərəbistanı və Boliviya klublarında çıxış edib.

190 sm boya malik K.Klark son olaraq 2023/2024 mövsümündə “Şəki”nin formasını geyinib.