Azərbaycanlı referilərin beynəlxalq hakimliyə namizədliyi qeydə alınıb
Digər növlər
17-09-2025, 14:33

Azərbaycanın həndbol referiləri Ləman və Aydan Həmidova bacılarının Avropa Həndbol Federasiyası tərəfindən beynəlxalq hakimliyə namizədliyi qeydə alınıb.
Bu barədə Pressing.az-a Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildirilib.
Perspektivli hakimlər təcrübələrini daha da artırmaq məqsədilə Avropada bir neçə seminar və proqrama qatılıblar.