Xəbər lentiwidget-title-icon

"Futbolçularımın performansı haqda danışmaq istəmirəm" - Valdas Dambrauskas
Azər Məmmədov: "Keyfiyyət fərqi öz sözünü dedi"
"Sabah" "Kəpəz"ə qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
Cavid Hüseynovdan heç-heçə şərhi
Fərid Namazov: "Bu gün hər iki komanda qələbə qazana bilərdi"
"Sabah" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Araz-Naxçıvan" - "İmişli" matçı üçün HEYƏTLƏR
Ferran Torres rəsmən PSJ-də
Ş.Məmmədyarovun komandası Türkiyə Super Liqasının qalibi olub
İlham Zəkiyev Avropa çempionatının finalında!
"Lion"da yeni futbolçu
15 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları": "Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
Azərbaycanın daha üç boksçusu Avropa çempionatında mərhələ adladı
MPL: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Səbail”dən Türkiyədə ilk yoxlama oyununda qələbə
"Traktor"dan mövsümə qələbə ilə start
"Turan Tovuz"un qələbəsi - VİDEO
Cəlal oynadı, komandası qalib gəldi
Kaxaber Sxadadze: "Bu komanda daha yaxşı nəticələr əldə edə bilər"
"Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi" - Kurban Berdıyev
"Neftçi"dən Tunis klubuna - RƏSMİ
"Turan Tovuz" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb

Qazi jurnalistlər Türkiyənin məşhur media qurumlarında - FOTOLAR

Türkiyədə səfərdə olan azərbaycanlı qazi jurnalistlərin silsilə görüşləri davam edir.

Pressing.az xəbər verir ki, mediamızın döyüşən simaları səfər çərçivəsində daha üç media qurumunun qonağı olublar.

Əvvəlcə Türkiyənin məşhur Demirören Xəbər Agentliyi (DHA) ziyarət olunub. Qonaqları qarşılayan qurumun direktoru Cemal Coşkun DHA-nın gördüyü işlər, gələcək prioritetləri, sosial mediadakı fəaliyyəti haqda geniş məlumatlar verib. Bu yaxınlarda Xankəndi şəhərində keçirilən lll Şuşa Qlobal Media Forumunun da iştirakçısı olduğunu diqqətə çatdıran Cemal Coşkun Türkiyə və Azərbaycan mətbuatının fəaliyyətini yüksək qiymətləndirib.

Görüşün sonunda qazi jurnalistlər Cemal Coşkuna hədiyyələr təqdim edib, eyni zamanda, xatirə fotosu çəkilib.

Ardınca "Türkiye Gazeteciler Cemiyyeti" ziyarət olunub. Cəmiyyətin baş katibi Sibel Güneş Türkiyədə media mənsublarının fəaliyyəti, o cümlədən jurnalistlərin hüquqlarının müdafiəsi haqda görülən işlərdən bəhs edib.

Görüşün sonunda isə Sibel Güneşə hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

Qazi jurnalistlərin bugünlük son dayanacağı isə "Küresel Gazeteciler Konseyi" olub. Görüşdə KGC-nin Xarici məclis sədrinin müavini Ahmet Coşkunaydın, o cümlədən qurumun İdarə Heyətinin üzvü, Parlament Jurnalistləri Birliyinin rəhbəri, Modern Media Qrupun direktoru, eyni zamanda səfərin təşkilatçılarından olan Elşad Eyvazlı da iştirak edib.

Görüşdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, qazi jurnalistlərin Türkiyəyə səfəri MediaTürk TV-nin təşəbbüsü, TİKA Azərbaycan-ın koordinatorluğu, Türkiyə Media İş Sendikası və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçlığı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təşkil olunub.

Jurnalistlərin görüşləri növbəti günlərdə də davam edəcək.
Qazi jurnalistlər Türkiyənin məşhur media qurumlarında - FOTOLAR

Oxşar xəbərlər

Bütün xəbərlər