Xəbər lentiwidget-title-icon

Qurbanov AÇIQLADI: “Bəzi futbolçularla vidalaşacağıq“
"3-cü qolu buraxmasaydıq, qələbə qazana bilərdik" - Kurban Berdıyev
Ayxan Abbasovdan "Şamaxı"ya vida sözləri
"Qarabağ" və "Şamaxı"dan 3 qolluq qələbə - YENİLƏNİB
"Kəpəz"də iki yeni sima
"Qarabağ" - "İmişli" matçı üçün HEYƏTLƏR
"Şamaxı" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
İbrahim Həsənov yarımfinalda, Tunar və Elgün 1/4-də məğlub oldu - AÇ
"Roma"da El Şaravi dövrü bitir - ÖZÜ AÇIQLADI
16 may: Bugünkü oyunları canlı yayımlayacaq kanallar - TV AFİŞA
"Midtyulland"ın mövsümdə ilk kuboku
"Liverpul"dan antirekord
Dünya Seriyası: “Neftçi”dən ilk oyununda məğlubiyyət
MPL: “Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı
Rövşən Nəcəf çempion olan komandanın üzvləri ilə görüşüb
Fatimə Bayramova Avropa üçüncüsü oldu
I Liqada 27-ci çempion - "Şəfa"
"Araz-Naxçıvan"ın qələbəsi - VİDEO
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
"Kəpəz"dəki durum keçən ilə baxanda daha yaxşıdır" - Azər Bağırov
"Qəbələ" geridönüşlə qalib gəldi - VİDEO
"Araz-Naxçıvan" və "Qəbələ”dən qələbə - YENİLƏNİB
Sxadadzedən qələbə şərhi
"Sabah" – "Neftçi" oyunundan sonra möhtəşəm şou olacaq!
"Çox məyusam, amma nə etmək olar?" - Füzuli Məmmədov

Azərbaycanlı qazi jurnalistlər AA, CNN TÜRK və Azərbaycan evində - FOTOLAR

Vətən müharibəsində iştirak etmiş azərbaycanlı jurnalistlərin Türkiyəyə səfəri davam edir.

Səfər çərçivəsində qazi jurnalistlər bu gün qardaş ölkədə bir neçə görüş keçiriblər. Jurnalistlər əvvəlcə İstanbul şəhərində yerləşən Azərbaycan Mədəniyyət Evinin (AME) qonağı olublar. Görüşdən məmnunluğunu ifadə edən AME-nin rəhbəri Hikmət Elp ziyarətin əhəmiyyətini vurğulayıb, azərbaycanlı jurnalistlərin səfərinin iki ölkə arasındakı qardaş münasibətlərinə növbəti töhfə olduğunu bildirib.
Söhbət zamanı Qarabağ müharibəsindən, türk dünyasının birliyindən də geniş söhbət açılıb.

Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri, kitablar təqdim olunub.

Qazi jurnalistlərin növbəti dayanacağı Türkiyənin nüfuzlu media qurumlarından biri - Anadolu Agentliyi olub. Qazilərimizi xoş sözlərlə qarşılayan agentliyin Strateji kommunikasiyalar və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Eren Erciyas qonaqlara media qurumunun tarixi, bu günkü fəaliyyəti, gələcək prioritetləri haqda geniş məlumat verib. Onun səsləndirdiyi rəqəmlər, o cümlədən müasir texnologiyalardan istifadə imkanları barədə dedikləri iştirakçıların böyük marağına səbəb olub.

Azərbaycan media orqanları ilə yeni istiqamətlərdə əməkdaşlıq imkanlarının da müzakirə olunduğu görüşdə qazi jurnalistləri maraqlandıran suallar cavablandırıb.
Görüşün sonunda tərəflər bir-birinə hədiyyələr təqdim edib, xatirə fotosu çəkdirilib.

Günün son görüşü isə tanınmış teleşirkətlərdən biri olan "CNN Türk"də baş tutub.

Qonaqları qurumun Xəbərlər departamentinin müdiri İdris Arıkan və Vətən müharibəsi dövründə hadisələrin mərkəzindən hazırladığı reportajlarla Azərbaycanda böyük populyarlıq qazanan, xalqımızın sevimlisinə çevrilən telejurnalist Fulya Öztürk qarşılayıb. Azərbaycanlı həmkarlarını öz iş yerində görməkdən məmnunluğunu bildirən F.Öztürk bu yaxınlarda növbəti dəfə Azərbaycanda olduğunu söyləyib, ölkəmizi öz vətəni kimi sevdiyini bir daha dilə gətirib. İ.Arıkan da öz növbəsində iki olkə media orqanlarının əməkdaşlığı, Türkiyə-Azərbaycan qardaşlığı fonunda media nümayəndələrinin üzərinə düşən vəzifələrdən danışıb.

Çay süfrəsi arxasında keçirilən səmimi görüşün sonunda Azərbaycan nümayəndə heyəti xatirə hədiyyələri təqdim edib.

Xatırladaq ki, bir qrup qazi jurnalistin Türkiyəyə səfəri MediaTürk TV-nin təşəbbüsü, TİKA Azərbaycan-ın koordinatorluğu, Türkiyə Media İş Sendikası və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçlığı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təşkil olunub.

Jurnalistlərimizin görüşləri növbəti günlərdə də davam edəcək.
Azərbaycanlı qazi jurnalistlər AA, CNN TÜRK və Azərbaycan evində - FOTOLAR

Oxşar xəbərlər

Bütün xəbərlər