İngiltərə nəhəngi yeni transferini reallaşdırır » Pressing.Az
İngiltərə nəhəngi yeni transferini reallaşdırır
Transferlər / Dünya Futbolu 1-05-2025, 09:36

"Mançester Siti" klubu yeni transferini reallaşdırır.

Pressing.az xəbər verir ki, "şəhərlilər" PSJ-nin futbolçusu Mahamadu Sanqare ilə razılıq əldə ediblər. 18 yaşlı hücumçu tibbi müayinədən keçəcək. Daha sonra isə İngiltərə klubunun akademiyasına qoşulacaq.

Qeyd edək ki, Sanqare bu mövsüm PSJ-nin U-23 komandasının heyətində 11 oyuna çıxaraq 10 qol vurub və 2 qolun ötürməsini edib.