Renat Dadaşovun Avropa "tur"u davam edir » Pressing.Az
Renat Dadaşovun Avropa "tur"u davam edir – RƏSMİ
Transferlər / Dünya Futbolu 24-02-2025, 16:30

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun Polşa "Radomyak"ına keçidi rəsmiləşib.

Pressing.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Müqaviləyə uzadılma variantı da daxildir.

"Radomyak" hazırda ölkənin əsas çempionatında mübarizə aparır və turnir cədvəlində 24 xalla 13-cüdür.

Qeyd edək ki, Renat fevralın 20-də Türkiyənin "Ankaragücü" klubundan ayrılıb.