"Sabah"dan "İmişli"yə
Transferlər / Azərbaycan Futbolu
16-01-2025, 12:09
"Sabah" klubu futbolçusu Oluvaseun Timilehini icarəyə göndərib.
Pressing.az xəbər verir ki, nigeriyalı hücumçu 1-ci liqa təmsilçisi "İmişli"yə keçib.
19 yaşlı futbolçu "İmişli"də mövsümün sonuna kimi icarə əsasında forma geyinəcək.
Qeyd edək ki, Oluvaseun Timilehin 2023-cü ildən "Sabah"ın üzvüdür. O, bu mövsüm komandada 2 oyuna çıxıb.