"İmişli"dən yeni transfer » Pressing.Az
"İmişli"dən yeni transfer
Transferlər / Azərbaycan Futbolu 12-07-2024, 10:00

Birinci Liqa təmsilçisi “İmişli” növbəti transferini reallaşdırıb.

Pressing.az xəbər verir ki, son olaraq MOİK-də forma geyən Elmir Rəhimzadə heyətə cəlb olunub. 27 yaşlı hücumçunun müqaviləsinin müddəti hələlik açıqlanmayıb.

Qeyd edək ki, E.Rəhimzadə ötən mövsüm 17 qolla I Liqanın bombardiri olub.