Araz Abdullayev Birinci Liqa klubunda » Pressing.Az
Araz Abdullayev Birinci Liqa klubunda – RƏSMİ
Transferlər / Azərbaycan Futbolu 15-10-2024, 16:03

Azərbaycan milli komandasının sabiq futbolçusu Araz Abdullayev özünə yeni klub tapıb.

Pressing.az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını birinci liqa təmsilçisi “Qaradağ Lökbatan”da davam etdirəcək.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Xatırladaq ki, A.Abdullayevin son klubu “Zirə” olub. O, bu ilin yayından klubsuz idi.