"Sabah"dan "Kəpəz"ə » Pressing.Az
"Sabah"dan "Kəpəz"ə – RƏSMİ
Transferlər / Azərbaycan Futbolu 13-09-2024, 16:55

"Kəpəz" klubu heyətini gücləndirməkdə davam edir.

Pressing.az xəbər verir ki, Camal Cəfərov yenidən Gəncə təmsilçisində çıxış edəcək.

Gənc yarımmüdafiəçi ötən mövsüm olduğu kimi "Sabah"dan icarəyə götürülüb. İcarə müqaviləsi bu mövsümün sonuna kimi bağlanıb.