"Qəbələ"də yeni legioner » Pressing.Az
"Qəbələ"də yeni legioner – RƏSMİ
Transferlər / Azərbaycan Futbolu 24-08-2024, 09:22

Növbəti mövsümə hazırlığı davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Pressing.az xəbər verir ki, "qırmızı-qaralar” Lauren Mendinin keçidini rəsmiləşdirib. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Seneqallı futbolçu bunadək Belçikanın “Antverpen”, Lüksemburqda “Düdelanj”, Fransada “Rasinq Besançon”, Çində “Jianqxi Luşan” klublarında forma geyinib.