"Zaqatala"da yeni futbolçu » Pressing.Az
"Zaqatala"da yeni futbolçu
Transferlər / Azərbaycan Futbolu 29-06-2024, 15:30

"Zaqatala" klubu heyətini gənc qapıçı Həsən Həsənli ilə gücləndirib.

Pressing.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabı vasitəsilə məlumat verilib.

"Qəbələ" akademiyasının yetirməsi olan 22 yaşlı qolkiper U-17 və U-19 milli komandaların heyətində çıxış edib. Həsənli son mövsümü "Cəbrayıl"da keçirib.