"Çelsi"dən daha bir transfer
Transferlər / Dünya Futbolu
6-01-2023, 21:11

"Vasko da Qama" klubunun yarımmüdafiəçisi Andre Santos karyerasını "Çelsi"də davam etdirəcək.
Pressing.az xəbər verir ki, müqavilənin detalları açıqlanmayıb.
Daha əvvəl transferin təzminat məbləğinin 12,5 milyon avro olacağı bildirilirdi
Qeyd edək ki, 18 yaşlı futbolçu Braziliya B Seriyasında 33 oyuna çıxıb, 8 qol vurub.
