Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

Azərbaycan millisi Xorvatiyada təlim-məşq toplanışına start verib

Azərbaycanın yunan-Roma güləşi üzrə millisi reytinq turnirindən sonra Xorvatiyada qalaraq təlim-məşq toplanışına start verib.

Pressing.az xəbər verir ki, Zaqrebdən Poreçə yollanan komanda fevralın 22-dək bu şəhərdə hazırlıq keçəcək.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 20 güləşçi müxtəlif ölkələrin komandalarıyla birgə təşkil edilən toplanışda iştirak edir. Ancaq reytinq turnirində zədələnərək qulağından əməliyyat olunan Həsrət Cəfərov vətənə qayıdıb. Olimpiya mükafatçısı ən azı 10 gün bərpa prosesi keçməlidir. Yalnız bundan sonra həkimlərin rəyinə əsasən, fərdi məşqlərə başlaya bilər.

Qadın güləşçilər isə Xorvatiyadan Macarıstana yola düşüb. Baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 10 güləşçi Tatada keçirilən hazırlıq prosesinə cəlb edilib. Fevralın 9-da start götürən toplanış ayın 22-dək davam edəcək.

Sərbəst güləşlərdən ibarət milli isə Vladiqafqaza üz tutub. Şimali Osetiyanın paytaxtında keçiriləcək təlim-məşq toplanışı fevralın 26-dək davam edəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında 24 güləşçi toplanışda yer alır.

Hər üç yığmanın hazırlıq prosesi əsasən taktiki-texniki çalışmaların üzərində qurulub. Ölkə xaricində keçirilən toplanışlar 8-14 martda Albaniyada baş tutacaq U-23 Avropa çempionatı və 7-13 apreldə Slovakiyada təşkil ediləcək böyüklərin Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Oxşar xəbərlər

Bütün xəbərlər