Azərbaycanın sumo güləşçiləri dünya çempionatında 3 medal qazandılar  
                
            Güləş / Digər növlər
            9-09-2024, 13:00
        

Azərbaycanın sumo güləşçiləri Polşanın Krotoşin şəhərində keçirilən dünya çempionatında üç medal əldə ediblər.
Pressing.az xəbər verir ki, yığmanın hər üç üzvü bürünc mükafata sahib olub.
80 kq-da Cavidan Nəhmətov, 85 kq-da Şərif Abdullah və 100 kq-da Çingiz Səmədov fəxri kürsüdə yer alıb.

