Xəbər lentiwidget-title-icon

Portuqaliya klubundan yeni transfer
"Araz-Naxçıvan" - "Sabah" matçı üçün HEYƏTLƏR
Braziliyalı futbolçu İngiltərə klubunda
AFFA-nın əməkdaşına vəzifə verildi
Mahir Emreli Azərbaycan millisindən uzaqlaşdırılsın!
Azərbaycan idmançıları kapoeyra üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
Azərbaycanı Avropa çempionatında təmsil edəcək cüdoçular məlumdur
"Qarabağ"da ayrılıq - RƏSMİ
Gəncədə 10 ilin azarkeş rekordu
İsrail klubu azərbaycanlı futbolçunu birdəfəlik transfer edir – ÖZƏL
SON DƏQİQƏ! "Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
31 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Rəşad Sadıqov üçün yubiley
"Sabahın Ulduzları": 2 oyunda 12 qol
"Sabah"ın sabiq üzvü "Mingəçevir"də - RƏSMİ
İtaliya klubunda yeni oyunçu
"Beşiktaş"da ayrılıq
"Zirə" "Neftçi"ni belə məğlub etdi - VİDEO
"Kəpəz"in qələbəsi - VİDEO
Rəşad Sadıqov: "Futbolçularımın əzmkarlığı ilə fəxr etdim” - VİDEO
Yuri Vernidub: "Hər şey qarşıdadır"
"Zirə" və "Kəpəz"dən qələbə - YENİLƏNİB
"Çox vacib qələbə qazandıq" - Azər Məmmədov
Kurban Berdıyev: "İstefa çağırışları məni narahat etmir"

Millimizin Avropa çempionatı üçün heyəti bəlli olub - SİYAHI

Aprelin 20-dən 26-dək Albaniyanın Tirana şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.

Pressing.az xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasında məsul yarışda iştirak edəcək milli komandalarımızla görüş keçirilib. AGF rəhbərliyinin iştirak etdiyi tədbirdə bütün yarış iştirakçılarına uğurlar arzulanıb. AGF-nin baş katibi Pərvin Piriyev, vitse-prezidentlər Namiq Abdullayev və Fərid Mansurov, eləcə də sərbəst güləş üzrə koordinator Hacı Əliyev çıxış edərək millinin hər bir üzvünə inandıqlarını, görüşün nəticəsindən asılı olmayaraq son nəfəsədək mübarizə aparmağın vacibliyini dilə gətiriblər.

Daha sonra qitə birinciliyində iştirak edəcək heyət açıqlanıb. Yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində mübarizə aparacaq. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Bəhruz Həzrətipur, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) çıxış edəcək.

Daha sonra qadın güləşinə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Elnurə Məmmədova (50 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) ölkəmizi təmsil edəcək.

Yarışın son günlərində isə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokoyev (92 kq), Osman Nurmaqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) uğur qazanmağa çalışacaq.

Avropa çempionatında ədaləti I-S dərəcəli hakimlərimiz – Asif Şirəliyev, Sədi Quliyev və Bəşir İsazadə qoruyacaq.

Oxşar xəbərlər


Bütün xəbərlər