Xəbər lentiwidget-title-icon

Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi

Azərbaycan ABŞ-dən öndə – REYTİNQ

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək kişi boksçuların tam siyahısı bəlli olub.

Pressing.az
xəbər verir ki, bu haqda Azərbaycan Boks Federasiyasının saytı məlumat yayıb.

Fransa paytaxtına son vəsiqələr Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində sahiblərini tapıb.

7 çəkidə 121 boksçu

Dördilliyin ən mötəbər multiidman tədbirində 7 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Parisdə ümumilikdə 121 kişi boksçu mübarizə aparacaq. 51 kq, 57 kq və 80 kq çəkilərdə 17, 63,5 kq və 71 kq çəkilərdə 19, 92 kq və +92 kq çəkilərdə isə 16 dəri əlcək sahibi rinqə çıxacaq.

Dünyada 48 ölkə

Fransa paytaxtında ümumilikdə 49 komandanın üzvləri mübarizə aparacaq. Onlardan biri Qaçqınların Olimpiya Komandasıdır. Digər 48 yığma isə fərqli ölkələri təmsil edir. Yalnız iki ölkə bütün çəkilərdə boksçu göndərəcək. Bunlar Özbəkistan və Qazaxıstan milliləridir.

Azərbaycanın “penta-trik”i

Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq. Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) Fransa paytaxtında rinqə çıxacaq. Yığmamız yalnız iki çəki dərəcəsində Olimpiadadan kənar qalıb. Bunlar 57 kq və 71 kq kateqoriyalarıdır.

ABŞ-dan öndə, Kuba ilə çiyin-çiyinə

Azərbaycan millisi lisenziya sayında dünyanın yalnız üç ölkəsindən geri qalır. Maksimal göstəriciyə malik Özbəkistan və Qazaxıstan, həmçinin 6 vəsiqəsi olan Avstraliya daha öndədir. Dünya 4-cüsü adına şərik olan yığmamız Kuba kimi boks lideri ilə eyni göstəriciyə malikdir. Təkcə boks deyil, olimpiadaların nəhəngi sayılan ABŞ isə cəmi 4 lisenziya qazanıb.

Avropa rinqinin ağası

Paris-2024-də iştirak edəcək 121 boksçudan yalnız 48-si Avropanı təmsil edir. “Köhnə qitə”nin cəmi 20 ölkəsi olimpiya lisenziyasına sevinib. Millimiz qitədə 1-ci yerə şərikdir. Yalnız İspaniya Azərbaycan qədər – 5 vəsiqə əldə edib. İtaliya, Ukrayna, Böyük Britaniya, Türkiyə kimi ölkələr isə sonrakı yerləri tutur.

Paris-2024-ə lisenziya qazanan kişi boksçular ölkələr üzrə:

1-2. Özbəkistan – 7

1-2. Qazaxıstan – 7

3. Avstraliya – 6

4-7. Azərbaycan – 5

4-7. Kuba – 5

4-7. Braziliya – 5

4-7. İspaniya – 5

8-10. ABŞ – 4

8-10. İrlandiya – 4

8-10. Fransa – 4

Oxşar xəbərlər