Xəbər lentiwidget-title-icon

Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi

Paris-2024: Azərbaycanın medal sıralamasında yekun mövqeyi

Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarında medal sıralamasındakı yekun mövqeyi məlum olub.

Pressing.az
xəbər verir ki, yarışda 7 medal qazanan Azərbaycan milli komandası Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.

Çin medal sıralamasında lider olub. Sözügedən ölkə 40 qızıl, 27 gümüş və 24 bürünc qazanıb. ABŞ (39 qızıl, 44 gümüş, 42 bürünc) Yaponiya isə (20 qızıl, 12 gümüş və 13 bürünc) 3-cü olub.

Qeyd edək ki, Azərbaycan Olimpiadanı 2 qızıl, 2 gümüş və 3 bürünc mükafatla başa vurub. Cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.

Bununla da Azərbaycan medal əyarına görə Tokio Olimpiadasındakı nəticəsini yaxşılaşdırıb. İdmançılarımız 2021-ci ildə Yaponiya paytaxtında keçirilmiş yarışda 3 gümüş və 4 bürünc mükafata sahib çıxmış, medal sıralamasında 67-ci olmuşdular.

Xatırladaq ki, Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub.

Oxşar xəbərlər