Xəbər lentiwidget-title-icon

Sabirabaddan Alanyaya: "Marafon" İK-nın beynəlxalq sınağı
Konfrans Liqasında 18 oyun keçiriləcək
Avropa Liqasında 3-cü tur həyəcanı
Misli Premyer Liqasında 9-cu turun hakimləri
Bakıda Azərbaycan çempionatı baş tutacaq
“Araz-Naxçıvan” və “Qarabağ” üçün maarifləndirici sessiyalar keçirilib
“Neftçi”dən AK-də növbəti məğlubiyyət
"Qalatasaray"ın 4 qolluq qələbəsi - VİDEO
De Liqt sıralara qayıtdı
"Qalatasaray" və "Bayern"dən qələbə - NƏTİCƏLƏR
Cüdoçularımız Düşənbədəki qran-pri turnirində iştirak edəcəklər
“Şahdağ Qusar” zirvədə
AVF rəsmisi Avropa çempionatının oyununda
AFFA rəsmisinin mübahisəli epizodlarla bağlı şərhi - VİDEO
Azərbaycanın 7 boksçusu mərhələ adlayıb
Ayxan Abbasov U-16 millisnin üzvləri ilə görüşüb
Azərbaycan millisi İraqdakı yarışda iştirak edəcək
FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək millinin heyəti açıqlanıb
Emrelinin komandasında yeni baş məşqçi
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
21 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
ÇL: "Bayern" "Arsenal"a qarşı
Stas Pokatilov ikinci pillədə
PSJ - "Barselona" oyununda 6 qol - VİDEO
Birinci Liqada növbəti tur başlayır

Əbdürrəhmanova Barselonada sertifikat təqdim edildi: "İspaniyanın ən böyük futbol akademiyalarından birində oldum" – AÇIQLAMA

Tanınmış azərbaycanlı məşqçi Samir Əbdürrəhmanov bu ayın əvvəlində İspaniyanın Barselona şəhərinə səfər edib. Mütəxəssis orada İspaniyanın ən böyük futbol akademiyalarından biri olan "Nastic de Tarragona"da təcrübə keçərək, yekunda sertifikatla təltif edilib.

Pressing.az-ın suallarını cavablandıran Əbdürrəhmanov səfər zamanı gördüklərindən danışıb.

- Bu yaxınlarda İspaniyanın tanınmış futbol akademiyalarından biri olan "Nastic de Tarragona"nın düşərgəsinə yollanmısız. Bu, necə baş tutdu?

- 2019-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində "Qazprom" şirkəti tərəfindən məşqçi kursları keçirilirdi. Həmin müddətdə bir neçə uşaq futbol meneceri ilə tanış olmuş, onlarla əlaqə yaratmışdım. Bu yaxınlarda həmin skautlardan biri mənimlə əlaqə yaradaraq bildirdi ki, tezliklə Barselona şəhərində yerləşən "Nastic de Tarragona" futbol akademiyasında məşqçi kursları keçiriləcək və siz də dəvətlisiniz. Götür-qoy etdikdən sonra bu fürsəti dəyərləndirmək qərarına gəldim. Çünki bu, mənim üçün böyük bir təcrübə olacaqdı. Bu məqsədlə Barselona şəhərinə yollandım. Fevral ayının 3-dən 14-dək həmin akademiyada oldum. Mənimlə birgə orada müxtəlif ölkələrdən - Qazaxıstan, Litva və bir sıra Avropa ölkələrindən məşqçilər də iştirak edirdilər. Onu da qeyd edim ki, Kataloniya bölgəsində yerləşən "Nastic de Tarragona" İspaniyanın ən böyük akademiyalarından biri sayılır.

- Səfərinizin əsas məqsədi nə idi?

- Uşaq futbolunda məşqçi olaraq çalışdığım üçün ilk növbədə təcrübəmi, biliyimi artırmaq üçün həmin akademiyanın düşərgəsinə yollanmışdım. Demək olar ki, 10 gün ərzində bir məktəb keçdim. 9-dan 19-dək bütün yaş qruplarının məşqlərini izləyir, özüm üçün qeydlər edirdim. O cümlədən, məşqçilərlə fikir mübadiləsi aparırdım. Bu akademiyada dünyanın müxtəlif ölkələrindən olan uşaqlar məskunlaşıblar. Məsələn, orada Kolumbiya, Kuba, Litva, İran, Qazaxıstan və digər ölkələrdən olan uşaqları gördüm.

- Akademiyanın infrastruktru, şəraiti barədə nə deyə bilərsiz?

- Gördüklərimə əsasən onu deyə bilərəm ki, durum çox yaxşıdır. Əsas olan odur ki, sistem var. Sistemvari iş qurulub. Bu akademiyada uşaqlar həm təhsil alır, həm qidalanır, həm də yaşayırlar. Yəni, "Nastic de Tarragona" böyük bir rezidensdir. Sadəcə o qalır ki, uşaqlar öz üzərində işləyərək hədəfə çatsınlar.

Pressing.az

Əbdürrəhmanova Barselonada sertifikat təqdim edildi: "İspaniyanın ən böyük futbol akademiyalarından birində oldum" – AÇIQLAMA

Oxşar xəbərlər

Bütün xəbərlər