Xəbər lentiwidget-title-icon

“Neftçi” NTD-yə qalib gəldi - ABL
Azərbaycan yığmasının oyununu bu xanım idarə edəcək
O, Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
2-ci liqada 12 oyunun vaxtı açıqlanıb
Azərbaycanlı cüdoçu Avropa çempionatının yarımfinalında məğlub oldu
"Qarabağ" - "Sabah" oyunu ONA TAPŞIRILDI
Konfrans Liqası: Bu gün 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək
16 aprel: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Avropa Liqası: Bu gün yarımfinalçılar müəyyənləşəcək
Bakıda Avropa Atletikasına üzv federasiya rəhbərlərinin konfransı başlayıb
“Bahar Kuboku”nun konkur yarışı başa çatıb
Azərbaycan yığması dünya kubokunda mübarizə aparacaq
“Belə oyunlarda meydanda gördüyün iş vacibdir” - AÇIQLAMA
Azərbaycan millisinin futbolçuları azarkeşlərlə görüşəcəklər
"Bayern" və "Arsenal" da yarımfinalda
Azərbaycanda meydanın mərkəzindən qol vuruldu – VİDEO
Millimiz yenə Qazaxıstana məğlub oldu
1-ci Liqada 22-ci tur başladı - NƏTİCƏLƏR
"Liverpul"a Ekitike şoku
15 aprel: bugünkü matçlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan şahmatçısı Avropada liderliyə yüksəlib
1-ci Liqada 22-ci tur həyəcanı
AFFA "Qarabağ"a cəza kəsdi
"Liverpul"un PSJ-yə məğlubiyyəti - VİDEO
Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşir

Etibar Tarıverdiyev: "Premyer Liqa klublarından təklif olsa, böyük məmnuniyyətlə qəbul edərəm" – MÜSAHİBƏ

Vaxtilə Azərbaycan yığma komandası, "Sumqayıt" klubu və uzun müddət "Neftçi"də qapıçılar üzrə məşqçi olaraq çalışmış, hazırda isə AFFA U-17 millisində fəaliyyətini davam etdirən Etibar Tarıverdiyevin Pressing.az-a müsahibəsini təqdim edirik:

– Bir ildən artıqdır ki, millidə (U-17) çalışırsız. Komandanın durumu, ələlxüsus yeniyetmə qapıçıların performansı barədə nə deyə bilərsiz?

– İşlərimiz qaydasındadır. Ötən ay Albaniyada iki yoldaşlıq oyunu keçirdik. Sırf qapıçıların durumundan danışsaq, ilk qarşılaşmada qolkiperimiz Rauf Əyyubov çox inamlı çıxış etdi, xoş təsir bağışladı. Əyyubovla yanaşı, milli komandada Məhdi Həsənov ("Neftçi") və Elbrus Kərimov (İspaniyanın "Marset" Futbol Akademiyası) kimi qapıçılar da var. Əfsuslar olsun ki, Elbrus Kərimovun oyunlarını hələ ki görə bilməmişik. Çünki bir müddət əvvəl Belarusda keçirilən turnirdən öncə zədələndiyi üçün onu beynəlxalq oyunlarda, yoldaşlıq matçlarında təcrübədən keçirə bilməmişik. Lakin onun gələcəyinə böyük ümid bəsləyirik. Gələcək vəd edən futbolçudur. İnşallah, adlarını çəkdiyim qapıçılar gələcəkdə Azərbaycan futbolunun parlaq simalarından olacaqlar.

– Milli komanda ilə müqaviləniz uzadılacaq?

– Bugünlərdə mənimlə müqavilənin müddətinin artırılması ilə bağlı əlaqə saxlanılıb. Yəqin ki, tezliklə yeni sözləşmə imzalanacaq. Ümid edirəm, xeyirlisi olar.

– Üç ildir ki, bir mütəxəssis olaraq Premyer Liqadan kənarda qalmısız. Yenidən elitada işləmək üçün darıxmısız?

– Əslində, çox darıxmışam (gülür). Milli komanda ilə klublar arasında iş prinsipi tamamilə fərqlidir. Ona görə də, klub fəaliyyəti üçün çox darıxmışam. Açığı, hələlik elə bir təklif də olmayıb ki, dəyərləndirim. Lakin Premyer Liqadan, ələlxüsus ambisiyası olan klublardan mənə təklif olarsa, böyük məmnuniyyətlə qəbul edərəm.

– Premyer Liqadan söz düşmüşkən, "Neftçi" bugünlərdə vaxtilə Azərbaycanda işləmiş (oxu: "Qəbələ") Roman Qriqorçuku komandanın "sükanı arxası"na gətirdi. "Turan Tovuz" isə tanınmış mütəxəssis Qurban Berdıyevi baş məşqçi postuna təyin etdi. Ümumiyyətlə, yeni mövsümün daha maraqlı keçəcəyi gözlənilir. Bu barədə nə deyə bilərsiz?

– Fikrimcə, növbəti mövsüm daha maraqlı, rəngarəng və enerjili olacaq. Tanınmış xarici mütəxəssislərin ölkə futboluna cəlb olunması da müsbət haldır. Nəzərə alsaq ki, elitada 10 komanda mübarizə aparır və kollektivlər bir-biri ilə tez-tez qarşılaşırlar, buna görə də məşqçilərin savadı, taktiki gedişləri daha rahat üzə çıxacaq.

– Geridə qoyduğumuz mövsüm ərzində qapıçıların çıxışını necə dəyərləndirirsiz? Ələlxüsus sizin "şinel"inizdən çıxan Rza Cəfərovun performansını necə qiymətləndirirsiz? Ondan növbəti "sezon" üçün gözləntiniz nədir?

– Son iki mövsümdür ki, Premyer Liqada forma geyinən əksər qapıçılar bacardıqlarından aşağı səviyyədə çıxış edirlər. Yəni onların performansı qənaətbəxş deyil. Ümid edirəm ki, yeni mövsüm daha yaxşı çıxış edəcəklər. Rzaya gəldikdə, inanıram ki, ötən mövsüm qazandığı təcrübə ona çox kömək olacaq və özünü daha yaxşı tərəfdən göstərəcək. Hər şey onun öz əlindədir. Mövsümün "Neftçi" üçün necə başlamasından da çox şey asılıdır. Xeyirlisi nədirsə, o da olsun.

– Yerli mətbuatda yayılan xəbərlərə görə, Türkiyənin "Adana Demirspor" klubundan ayrılan Şahruddin Məhəmmədəliyev yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcək. Sizcə, onun qayıtması, yoxsa ölkə xaricində qalması daha məqsədəuyğun olar?

– Bu, futbolçunun istəyi və ona edilən təkliflərdən asılıdır. Lakin Şahruddinin döyüşkən xarakteri, potensialı ona istər Azərbaycanda, istərsə də ölkə xaricində həmişə kömək olur. Yəni, "Şah" sözünü demiş, təcrübəli qolkiperdir. Bu cəhətdən onun üçün problem olmayacağını düşünürəm.

Daşqın Əziz

Oxşar xəbərlər


Bütün xəbərlər

“Neftçi” NTD-yə qalib gəldi - ABL
Azərbaycan yığmasının oyununu bu xanım idarə edəcək
O, Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
2-ci liqada 12 oyunun vaxtı açıqlanıb
Azərbaycanlı cüdoçu Avropa çempionatının yarımfinalında məğlub oldu
"Qarabağ" - "Sabah" oyunu ONA TAPŞIRILDI
Konfrans Liqası: Bu gün 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək
16 aprel: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Avropa Liqası: Bu gün yarımfinalçılar müəyyənləşəcək
Bakıda Avropa Atletikasına üzv federasiya rəhbərlərinin konfransı başlayıb
“Bahar Kuboku”nun konkur yarışı başa çatıb
Azərbaycan yığması dünya kubokunda mübarizə aparacaq
“Belə oyunlarda meydanda gördüyün iş vacibdir” - AÇIQLAMA
Azərbaycan millisinin futbolçuları azarkeşlərlə görüşəcəklər
"Bayern" və "Arsenal" da yarımfinalda
Azərbaycanda meydanın mərkəzindən qol vuruldu – VİDEO
Millimiz yenə Qazaxıstana məğlub oldu
1-ci Liqada 22-ci tur başladı - NƏTİCƏLƏR
"Liverpul"a Ekitike şoku
15 aprel: bugünkü matçlar hansı kanallarda? - TV AFİŞA