Xəbər lentiwidget-title-icon

Avropa çempionatında yarışacaq şahmatçlarımızın adları bilinib
Millimizin iki üzvü Avropa çempionatının yarımfinalında
Təmkin Xəlilzadə ulduz futbolçularla bir arada
ŞOK! "Səni öldürərəm" - Yankoviç hakimi hədələdi – VİDEO
AFFA rəsmisi UEFA-nın tədbirində
İnqilab Məmmədov İkinci Liqada
Eyni səhvlər, fərqli nəticələr: "Qarabağ" dərs çıxaracaqmı?
Ağdamda “İmarət” stadionunun tikintisinə start verilib
24 aprel: bugünkü oyunları yayımlayacaq kanallar - TV AFİŞA
“Abşeron Lions” “Neftçi”yə qalib gəlib - ABL
Liderlərdən böyükhesablı qələbələr - Yüksək Liqa
Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib
Birinci Liqada 23-cü tura yekun vurulub - NƏTİCƏLƏR
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazanıb
AFFA rəsmisi “Sabah” – “Qarabağ” matçında hakim qərarlarının doğru olduğunu təsdiqlədi - VİDEO
Ceyhun Sultanov Avropada görün kimlə görüşdü – FOTO
Azərbaycan yığması Belarusla qarşılaşacaq
İki qadın güləşçimiz Avropa çempionatının yarımfinalında
Azərbaycan millilərinin Avropa Liqasındakı oyun cədvəli məlum olub
Arda Turan cəzalandırıldı
"Qarabağ"sız Çempionlar Liqası faciədir?
Azərbaycan Kubokda 20-ci ev qolu vuran 30-cu komanda "Sabah"dır
"Barselona"ya Lamin Yamal şoku
Azərbaycan avarçəkənləri İtaliyada yarışacaqlar
23 aprel: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA

Cavid Hüseynov: "Mərhələ keçmək baxımından danışmaq hələ bir az tezdir" – MÜSAHİBƏ

"Cəbrayıl" klubu I Liqaya vəsiqə uğrunda pley-off matçında ötən mövsüm yarışda son pillənin sahibi “Araz Saatlı”yla qarşılaşıb və 2:0 hesabıyla qalib gəlib. Bununla da, Cavid Hüseynovun komandası cavab qarşılaşmasına böyük üstünlüklə çıxacaq.

Cəbrayıllıların baş məşqçisi qarşılaşmadan sonra Pressing.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Bu qələbədən sonra mərhələ keçmək vəzifəsinin nə dərəcədə öhdəsindən gəldiyinizi demək olar?

- Təbii ki, mərhələ keçmək baxımından danışmaq hələ bir az tezdir. Bu gün 2:0 udduqsa, bu, o demək deyil ki, mərhələni keçmişik. Ancaq müəyyən bir iş gördük, çalışdıq ki, evdə oynadığımıza görə xeyrimizə olan nəticə qazanaq. Bunun öhdəsindən deyək ki, 50 faiz gəlmişik. Amma yenə deyirəm ki, bu, hələ son deyil. Bizi bu oyundan da ağır cavab matçı gözləyir.

- “İrəvan”ın çıxması, “Difai Ağsu”nun I Liqada qalması işinizə nə dərəcədə yaradı?

- İşimizə heç bir yararlığı olmadı. Çünki "Difai Ağsu" pley-off oynamalı idi, I Liqada qaldı. "Araz Saatlı" aşağı düşməli idi, pley-off oynadı. Burda udan ancaq 2 komanda oldu, təkcə “Cəbrayıl” udmadı. Bizə heç bir şey olmadı.

- Rəqib dəyişdi, onu nəzərdə tuturuq ki, bu, işinizi asanlaşdırdı, yoxsa…?

- Sözün düzü, fərqi yox idi. “Difai Ağsu”yla görüşə də hazırlaşırdıq, sonra "Araz Saatlı"ya qarşı da. Rəqibin kimliyindən asılı olmayaraq, hər 2 komandaya qarşı ciddi hazırlaşacaqdıq.

- Saatlıdakı qarşılaşmada həlledici amil nə olacaq? Orda da qazon sintetikdi, sadəcə, bu dəfə əyalətdə, rəqibin azarkeşləri qarşısında oynayacaqsınız…

- Fərqi yoxdur harda olursa-olsun. Əsas odur ki, rəqib meydanında olursansa, rəqibin azarkeş kütləsi də ola və bu zaman sənə təzyiq də yarana bilər. İstənilən halda, bundan da ağır matç olacağını gözləyirik və buna qarşı da hazırlaşmağa vaxtımız var. Ciddi hazırlaşacağıq.

- Pley-off oyunun Saatlıda olmamaq ehtimalı da var…

- Bəli, bizə də bu haqda məlumat veriblər ki, ola bilər Saatlıda olmasın. Çünki ordakı stadion tələblərə cavab verir - VAR sisteminə görə, çəkiliş meydançası üçün uyğun deyil. Sözün açığı, ya Şamaxıda nəzərdə tutublar, ya da bilmədiyim başqa yerdə. Biz də istəyərdik ki, oyun yaxşı meydançada olsun. Misal üçün bu gün Bayılda oynamağımız futbol adına bizi sevindirir. Çünki bu qazonda heç olmasa düz ötürmə vermək olur. Amma Saatlıda meydança çox bərbad vəziyyətdə olduğu üçün istəməzdik ki, futbolçuların sağlıq baxımından orda oynayaq.

- Oyunun Şamaxıda olması Cavid Hüseynovun daha çox ürəyincə ola bilər?

- Fərqi yoxdur. Azərbaycanın hər bir bölgəsində oynamaq ürəyimcədi.

- Hər halda, Şamaxı sizə çox tanış məkandı…

- Bilirəm nəyi nəzərdə tutursunuz, 1 il orda işləmişəm. Razıyam ki, orda qazonun hər nöqtəsinə bələdəm (gülür).

- Kapitanınız Ruslan Əmircanov bu oyunda müdafiə xəttinin sözü əsl mənasında dirəyi oldu, 39 yaşında olmasına baxmayaraq, komandaya çox kömək oldu. Lakin bir epizod oldu sonlarda ki, topu özündə çox saxlayıb itirməsi təhükəli əks-hücumla sonuclandı və buna çox əsəbiləşdiniz…

- Bəlkə də bir oyunçu driblinq edəndən sonra ötürmə versəydi, daha yaxşı olardı. Sadəcə, öz güvəni olduğu üçün yorğunluq əlaməti bunun qarşısını aldı və topu itirdi. Son müdafiəçi olduğundan riskin hər zaman sırfa endirilməsini onlardan həmişə tələb edirəm. Ehtiyac yox idi, amma ümumilikdə 90 dəqiqədə Ruslan Əmircanov komandaya əməlli-başlı kömək elədi.

- Ümumiyyətlə, “qoca”larınızdan razısınız?

- (gülür) Razıyıq, bu oyunda razıyıq.

Elsevər Muradzadə

Oxşar xəbərlər

Bütün xəbərlər