Xəbər lentiwidget-title-icon

"Sumqayıt" "Kəpəz"lə üz-üzə
Fizuli Məmmədov: "Komandamız hələ tam hazır deyil" – AÇIQLAMA
Ərəb klubundan 64 milyon avroluq transfer
Kamerunlu futbolçu "Şahdağ Qusar"da - RƏSMİ
"Kəpəz"də daha bir legioner - RƏSMİ
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzub
"Şəfa" "Qəbələ" ilə heç-heçə etdi
Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib
Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub – FOTOLAR
İngiltərə klubunda ayrılıq
Azərbaycan yığmaları təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb
"Siti"dən Xusanov qərarı
Neftçi” Çempionlar Liqasında final oyununa çıxacaq
Abşeronda U-14 və U-16 Avropa Cüdo Ümidləri Turniri başlayıb
Fizuli Məmmədov: "Neftçi" səfərdə qalib gəlib, mərhələni keçə bilər" – AÇIQLAMA
40 yaşlı Vozinyanın yeni klubu - RƏSMİ
Argentina millisində ayrılıq
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılacaq
"Kəpəz"dən daha bir transfer - RƏSMİ
Bakıda keçiriləcək dünya çempionatının medalları təqdim edilib
"Şəfa"nın növbəti yoxlama oyunu
Van Bommel Belçika millisində
25 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə edib
Ceyhun Nuriyev "Araz-Naxçıvan"da - RƏSMİ

"Zirə" ilə kubok oyunu bundan qat-qat çətin olacaq" - Şəhriyar Əliyev

"Turan Tovuz" ötən gün Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində doğma meydanda "Zirə"yə 1:0 hesabıyla qalib gəlib.

Qərb təmsilçisinin mərkəz müdafiəçisi Şəhriyar Əliyev matçdan sonra Pressing.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Uzun müddətdən sonra meydana çıxdın. Təəssüratların necədir?

- Xeyli vaxt idi ki, komandamdan ayrı qalmışdım. Düzdür, "Sabah"la matçda oynadım, amma ayağımda ağrılar oldu deyə, yenidən yaşıl meydanlardan kənarda qalmalı oldum. Tibb personalımıza təşəkkür edirəm, üzərimdə çox əziyyət çəkdilər. Məndən əlavə bir neçə zədəli oyunçumuz da var. Baş məşqçimiz Ayxan Abbasova da təşəkkür edirəm ki, hər zaman mənə inanır, dəstək olur. Bu gün də 70 dəqiqə meydanda oldum, sadəcə, ayağımda ağrılar hiss etdim deyə, əvəzləndim. Həm də 3 gün sonra Azərbaycan Kubokunda vacib matçımız olduğu üçün, hoca məni əvəzlədi.

- Zədən ciddi deyil ki?

- Ayağımda ağrılar var. Bu da normaldır, çünki çoxdandır oynamırdım. Hər şey sabahkı müayinədən sonra məlum olacaq.

- "Zirə" ilk dəfə idi ki, meydana fərqli düzülüşlə çıxmışdı. Bunu gözləyirdiniz?

- "Zirə" elə komandadır ki, hər rəqibə qarşı fərqli oyun nümayiş etdirir. Açığı, bunu gözləyirdik. Baş məşqçimiz analiz edərkən bildirmişdi ki, rəqib belə də oynaya bilər. Həm də "Zirə" elə kollektivdir ki, ya bir top vurur, ya da birini buraxır. Yəni, çox qapalı oyun nümayiş etdirirlər. Biz də bugünkü oyunda maksimum çalışdıq ki, qol buraxmayaq. Şükürlər olsun ki, bunu bacardıq və qələbə topunu vuraraq 3 xal qazandıq.

- 3 gün sonra Azərbaycan Kubokunun 1/8 final oyununa çıxacaqsız. Yenidən, özü də səfərdə "Zirə" ilə qarşılaşacaqsız. Bu matçdan gözləntin nədir?

- İnanın ki, bugünkündən də qat-qat ağır oyun olacaq. Həm yol məsələsi, həm də süni örtükdən təbiiörtüklü meydançaya keçmək bizə çətinlik yaradacaq. İnşallah, çalışacağıq ki, həmin oyuna 100/100 hazır olaq.

Elsevər Muradzadə/ Bakı-Tovuz

Oxşar xəbərlər

Bütün xəbərlər