40 yaşlı kabo-verdeli və Azərbaycandan o tərəfə keçə bilməyən qapıçılar
Kabo-Verde millisinin qapıçısı Vozinya Çilinin nəhəng klublarından "Kolo-Kolo" ilə müqavilə bağlayıb. Söhbət 40 yaşlı qolkiperdən gedir... Hansı ki bəlkə də artıq karyerasını bitirməyə hazırlaşırdı. DÇ-2026 isə onun üçün dönüş nöqtəsi oldu. İspaniya millisi ilə oyunda göstərdiyi şou onun futboldakı "ömrünü uzatdı". Təcrübəli qolkiperə maraq daha da artdı və o, karyerasını yüksək səviyyədə davam etdirmək şansı qazandı. Onun hətta Lionel Messinin formasını geyindiyi "İnter Mayami"yə keçəcəyinə dair də xəbərlər yayılmışdı.
Bu keçidi görəndə istər-istəməz, azərbaycanlı qapıçılarla müqayisə etmək istəyirsən. Əgər Kurtua, Yan Oblak, Alisson kimi məşhur "əlcək sahibləri" 40 yaşında hansısa kluba transfer edilsəydi, bu müqayisəni aparmaq yersiz olardı. Amma söhbət cəmi yarım milyona yaxın əhalisi olan, futbol ölkəsi sayılmayan Kabo-Verdenin qapıçısından gedir. Yeri gəlmişkən, mundialdakı performansına görə Kabo-Verdenin haqqını da vermək mütləqdir.
Bəs bizim qapıçılar niyə nəinki 40 yaşında, heç karyeralarının ən dinamik vaxtlarında, gənc cağlarında xarici bazarda tələb görmürlər?
Bu mövzuya toxunarkən cəmi bir ad yada düşür – Kamran Ağayev. O da bir müddət Türkiyədə "Kayserispor"un, daha sonra Portuqaliyada "Boavişta"nın heyətində olsa da, davamlı karyera qura bilmədi. Ümumiyyətlə, azərbaycanlı qapıçıların xaricə çıxışı tarixən çox zəif olub. Digər yerli qapıçılar isə demək olar ki, bütün peşəkar fəaliyyətlərini ölkədə keçirib və sonlandırıblar.
Vozinyanın karyerasına baxanda isə tam fərqli mənzərə görünür. O, Portuqaliya, Kipr, Slovakiya, Moldova və Anqolada çıxış edib. 40 yaşında isə Çili kimi futbol ölkəsinin ən titullu klubuna transfer olunur. Bizdə isə illərdir eyni problem qalır. Qapıçılar daxili çempionatın sərhədlərini aşa bilmirlər. Onların nə Avropa bazarında adı keçir, nə də 35 yaşdan sonra karyeralarını xaricdə davam etdirirlər. Ümumiyyətlə, 35 yaşa qədər oynayan azərbaycanlı futbolçu görəndə təccüblənirsən.
Əgər Kabo-Verde kimi kiçik futbol ölkəsi 40 yaşlı qapıçısını "Kolo-Kolo"ya göndərə bilirsə, Azərbaycan futbolu özünə ciddi sual verməlidir. Problem yaşda deyil. Problem futbolçunun yetişdirilməsində, inkişafında, beynəlxalq bazara çıxarılmasında və elə təfəkkürdədir. Burada azərbaycanlı zehniyyətinin də müəyyən qədər payı var ki, bu da fərdlərə aiddir.
Bir sözlə, Vozinyanın transferi, əslində, Kabo-Verdenin uğuru qədər Azərbaycan futbolu üçün də acı bir mənzərədir...
Orxan İsmayılov