Xəbər lentiwidget-title-icon

Azərbaycan yığmasından ardıcıl üçüncü qələbə!
Valdas Dambrauskas: "Əminəm ki, komandam bunun öhdəsindən gələcək"
Rəhim Həsənov "Turan Tovuz"un qolunun sayılmamasını TƏSDİQLƏDİ
"Hapoel"in baş məşqçisi: "Sabah"ın təhlükəli futbolçuları var"
Su İdman Növləri Federasiyası SUP (ayaqüstü avarlı lövhə) üzrə turnir keçirib
Niderland yığmasından Bakıda ikinci qələbə
"Sumqayıt"dan ayrılan futbolçu Sloveniya klubuna keçdi
Qubada “Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb
Mahmud Qurbanov millinin baş məşqçisi təyin edildi
Fabinyo da “Trabzonspor”da - RƏSMİ
Azərbaycan yığmasına seçimlər davam edir
“Öz əməlimlə, öz işimlə həmişə verdiyim sözün üstündə durmuşam” - Ayxan Abbasovla GENİŞ MÜSAHİBƏ
Azərbaycan çempionatlarında 39-cu qapıçı
“Neftçi”nin 300-cü ev qələbəsi
“Sabah”ın oyununa 20 min bilet satıldı!
"Neftçi"dən darmadağın - VİDEO
“Kəpəz” – “Gəncəbasar” oyununda 6 qol
Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu olub
Azərbaycan güləşçilərindən DÇ-nin son günündə 2 medal
"Turan Tovuz" - "Şamaxı" oyununda bərabərlik - VİDEO
Yuri Vernidub: "İki qələbədən sonra göylərdə uçmaq lazım deyil"
"Neftçi"dən darmadağın, Tovuzda "sülh" - YENİLƏNİB
Kurban Berdıyev: "Hamı qol olduğunu gördü, hakim görmədi”
AÇ: Azərbaycan millisindən növbəti qələbə

Bense Varkonyi: "Avropa Liqasının əsas mərhələsində çıxış etmək istəyirik" – MÜSAHİBƏ

"Qarabağ"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində ötən gün Bakıda İslandiyanın "Vestri" komandasını məğlub etdiyi matçdan (3:0) sonra Ağdam təmsilçisinin macarıstanlı yeni transferi Bense Varkonyi Pressing.az-ın suallarını cavablandırıb.

– Avrokubokların ilk matçında inamlı qələbə qazandınız. Fikirləriniz nədir?

– Düşünürəm ki, bütün oyuna nəzarət etməyi bacardıq. Rəqibin qarşımızda heç bir şansı yox idi. Cütün taleyini ilk matçda, evdə həll etməyə çalışdıq. Fikrimcə, nəticə baxımından buna nail olduq. İslandiyada da qələbə qazanmaq istəyirik.

– "Qarabağ"da ilk rəsmi matçına çıxdınız. Performansınız sizi qane edir?

– Öz mövqeyimdə yaxşı oyun göstərdim. Qol buraxmadan qələbə qazandıq. Nəzarət bizim əlimizdə idi. Çıxışımı yaxşı qiymətləndirirəm. Amma hələ də boşluqlar var. Öz üzərimdə çalışmalıyam. Komanda şəklində irəlidə daha kəskin bitiriciliyə ehtiyacımız var.

– Qeyd etdiyiniz kimi, "Vestri"nin heç bir şansı yox idi və onlar ilk dəfə belə bir turnirdə çıxış edirlər. Bu cür komandaları məğlub etmək daha asan görünür? Bugünkü matçın nəticəsi bunun sübutudur?

– Düzdür, belə oyunlarda qələbə qazanmalısan. Amma heç bir rəqib asan deyil. Qələbəni əldə edənə qədər bu barədə danışmamalısan. Biz sonadək döyüşürük. Nəticə bugünkü oyunumuzun göstəricisidir. Amma rəqib yaxşı çıxış edir, topla rəftarı normaldır. Bugünkü performanslarını qənaətbəxş hesab edirəm.

– Bununla belə, "Qarabağ" bu rəqibə qarşı üçdən çox qol vura bilərdi. Bu fikirlə razısınız?

– Əlbəttə, xeyli şanslarımız oldu. İnanırdıq ki, qollar vuracağıq. Cavab oyununda daha artığına nail olmaq üçün cəhd göstərəcəyik.

– "Qarabağ"da əsas hədəfiniz nədir? Həmçinin, avrokuboklarda şanslarınızı necə qiymətləndirirsiniz?

– Avropa Liqasının əsas mərhələsində çıxış etmək istəyirik. Bu mövsüm ölkə çempionatını da qazanmağı hədəfləmişik. Komandada mövqeyinə görə lider oyunçulardan olmaq istəyirəm. Əsas hədəfim budur.

AZAD NURİYEV

Oxşar xəbərlər

Bütün xəbərlər