Xəbər lentiwidget-title-icon

İspaniyadan geridönüş, İngiltərədən darmadağın - NƏTİCƏLƏR
Rəşad Eyyubov: “Tariximizin ən yaxşı nəticəsini əldə etdik”
Qazaxıstan millisindən geridönüş
Azərbaycan millisi Cəbəllüttariqə böyük hesabla qalib gəldi
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəlib
Azərbaycan cüdoçusundan DÇ-də bürünc medal
Qyökeresdən rekord göstərici
AFFA klub rəsmisinə töhmət verdi
Məmmədəliyev təsəlliverici görüşə çıxacaq - DÇ
Qədəşova da dünya çempionatı ilə vidalaşıb
“Turan”ın baş məşqçisi: “Hədəfimiz qrupa düşməkdir” – AÇIQLAMA
1-ci Liqada həftənin hakimləri açıqlanıb
Hidayət Heydərovdan DÇ-yə erkən vida
Azərbaycanın U-21 millisi Cəbəllüttariqə qarşı
Azərbaycanın 5 boksçusu mərhələ adlayıb
Azərbaycan Kubokunda mövsümün ilk oyunlarının hakimləri
Hidayət Heydərov 1/8 finalda
Azərbaycan millisi (U-20) Yaponiyaya qarşı
“Neftçi” – “Sabah” matçına bilet satışı davam edir
AMADA “Zirə”nin komandaları üçün seminar keçirdi
"Qarabağ"ın qapıçısı qələbəyə sevindi
"Sabah"ın oyunçusu üçün 46 dəqiqə
"Qarabağ"ın futbolçusu Ermənistana qarşı oynadı
Fransadan geridönüş, Türkiyə yenə uduzdu - NƏTİCƏLƏR
MOK-da Lukaşenko ilə ikitərəfli tərəfdaşlıq müzakirə edilib

"Sabah"ın Avroliqa, yaxud Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq ehtimalı yüksəkdir" – AÇIQLAMA

"Sabah"ın oyununu izlədim. Matçı ümumi götürəsi olsaq, ən azından təmsilçimiz artıq ilk hissədə hesabı açmalı idi. Görünən odur ki, "Sabah"ın yerli çempionatdakı qol imkanlarını dəyərləndirə bilməmək sindromu davam edir. Kifayət qədər əlverişli qol imkanları yaratdılar, amma bunu məntiqi sonluğa çatdıra bilmədilər".

Bu sözləri Pressing.az-a açıqlamasında AFFA-nın təhsil şöbəsinin rəhbəri, futbol eksperti Aslan Kərimov deyib.

O, "Sabah"ın ötən gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Uelsin TNS kopmandasına qarşı keçirdiyi ilk oyunu (2:0) haqda danışıb:

"Sabah" bu oyunda cinahlarda birə-bir mübarizələrdə üstünlük əldə etdi. Cərimə meydançasına xeyli ötürmələr verildi. Amma əfsuslar olsun ki, bu qədər üstünlüyü qola çevirə bilmirdilər. Yalnız oyunun sonlarına yaxın artıq o tilsimi qırıb hesabı açdılar və daha sonra, ikinci qoldan sonra artıq bir qədər rahatlaşdılar. Stiv Solvet də son dəqiqələrdə qırmızı vərəqə aldı və növbəti matçı buraxmalı olacaq.

Nəzərə alsaq ki, "Sabah"ın ÇL-də birinci matçı idi, uzun müddət də oynamırdılar və ilk qarşılaşmanı bu hesabla bitirdiklərinə görə, ikinci görüşdə ən azından məğlub olmayacaqlar. Fikrimcə, cavab oyununda da qələbə qazanaraq mərhələ adlayacaqlar.

Kərimov Masazır təmsilçisinin avrokuboklarda hara qədər irəliləyəcəyi barədə də fikirlərini bölüşüb:

"Növbəti oyunlar haqqında indidən nəsə demək çox çətindir. Çünki hər şey "Sabah"dan da asılı deyil. Yəni, təmsilçimizin hansı rəqiblərlə qarşılaşması çox önəmlidir. Özümüzü nə qədər tərifləsək də, bu gün dünyanın aparıcı futbol ölkəsi sayılmırıq. Məsələn, "Barselona", yaxud PSJ "kimin düşməsindən asılı olmayaraq, oyunu qələbə ilə bitirəcəyik" deyə bilər. Amma əfsuslar olsun ki, bunu bizim klublar deyə bilmirlər. Bizə "Dinamo"(Zaqreb), "Partizan", "Srvena Zvezda" kimi rəqiblər düşdüyü halda, çətinlik çəkə bilərik hətta.

Çempionlar Liqasını bilmirəm, amma Avropa Liqası və yaxud da Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq ehtimalımız yüksəkdir".

Daşqın Əziz

Oxşar xəbərlər

Bütün xəbərlər