Xəbər lentiwidget-title-icon

Zirə və Şamaxıda "sülh" - YENİLƏNİB
"Turan Tovuz" növbəti dəfə BƏYANAT YAYDI: "Haqsızlığa qarşı mübarizəmizi davam etdirəcəyik"
Kurban Berdıyev: "VAR-a gedəndə başqa qərar gözləyirdim”
Zaur İsmayılov: "Kobud səhvlərimizdən sonra qollar gördük"
"Zirə" - "Qarabağ" matçı üçün HEYƏTLƏR
Almaniya klubunda ayrılıq - RƏSMİ
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
"Real"da yeni müqavilə hazırlığı
13 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Naxçıvan"da yeni oyunçular
"Sabahın ulduzları"nda 11-ci tur start götürüb
Bu gün Mançester derbisi var
MPL: "Araz-Naxçıvan" "Turan Tovuz"a, "Qarabağ" "Zirə"yə qarşı
Azərbaycan yığması Niderlanda məğlub oldu, Ukraynaya qalib gəldi
Anatoli Nuriyevin komandasından darmadağın - 9:0
Sumqayıtda hərəyə 1 qol - VİDEO
Kökçünün komandasından heç-heçə
"Kəpəz"in qələbəsi - VİDEO
Sumqayıtda heç-heçə, "Kəpəz"dən qələbə - YENİLƏNİB
Amil Ağacanov: "Belə stadionlar və azarkeşlərlə Azərbaycan futbolu inkişaf edəcək"
Azər Məmmədovdan qələbə şərhi
"Arsenal"da yeni müqavilə
"Sumqayıt" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
“Qarabağ”ın əvəzedicilərindən qələbə
"Gəncə"də yeni müqavilə

Azarkeş və futbolçulardan ibarət klub

Azərbaycan Kuboku, “Neftçi” – “Turan Tovuz”, 90+3 dəqiqə...

Emin Mahmudov finalı erkən qeyd edən “Turan Tovuz” azarkeşlərini susdurub, ölüm səssizliyinə gömülən “Neftçi” tərəfdarlarının qəbir sükutunu pozur.
Kapitanın qolundan sonra oyunun son dəqiqələrində ümiddən əl üzən “ağ-qaralar”ın azarkeşlərinə yeni nəfəs gəlir və futbolçularla elə bütünləşirlər ki, komandanın matçın taleyini həll edən qolu vurması çox çəkmir.

Beləliklə, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Neftçi”, ilk oyunda 0:1 hesabı ilə uduzduğu “Turan Tovuz”a qalib gələrək, adını finala yazdırır.

Azarkeşlərinin “Neftçi”yə olan bağlılığını və sevdasını izah etməyə lüzum yoxdur. İstər hegemon, istərsə də, turnir cədvəlinin sonunda olsun, illərdir, Azərbaycan futbolunda bu xüsusi münasibətin xəyalını quran klublar var. “Neftçi” azarkeşlər deməkdir. Klub onlarla yaşayır, nəfəs alır. Bundan sonrakı ifadələrdə “Neftçi” deyərkən, birbaşa tərəfdarlarını da nəzərə tutduğumu qeyd edirəm. Sözügedən yarımfinal qarşılaşmasında “ağ-qaralar”ın futbolçuları azarkeşlərə borcunu qaytardı. Demək, “Neftçi” deyəndə bir üzü gülüb, digəri ağlayan azarkeşləri düşünən bir kəs varmış.

Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Laurentsiu Regekampf matç uzatmalara getsəydi, nə edəcəyi ilə bağlı sualı cavablandırdı. Cavab belədir: “Niyə bunu fikirləşirsiniz? İcazə verin, sevinim”.

Rumıniyalı baş məşqçinin bunu yumor məqsədi ilə söylədiyini bilirik, lakin matç əlavə vaxta getsəydi, komanda mərhələ adlaya bilərdimi?! Bu, qeyri-müəyyəndir.

Əminliklə deyə bilərik ki, “Neftçi” (azarkeşlər) çoxdan klub rəhbərliyindən, baş məşqçidən üz döndərib. “Flaqman” bu rəhbərlik altında kuboku qazansa da, bu, bir şeyi dəyişmir. “Neftçi” adına layiq şəkildə çempionatda liderlik uğrunda mübarizə aparması, avrokuboklarda özündən söz etdirməsi gərəkən bir klubdur. İllərdən qalan mirası anlamayan, heçə sayan; klubu işıqlı günlərdən uzaq salıb, qaranlıq tuneldə kor-koranə irəlilədən rəhbərlik kubok qazanılsa da, qazanılmasa da istefaya göndərilməlidir.

“Neftçi” hazırda yalnız azarkeş və futbolçulardan ibarətdir. “Ağ-qaralar”ın dəyərlərini anlayan prezident təyin olunmadıqca, rəhbərlik dəyişmədikcə isə “Neftçi” hələ uzun müddət böyük ailə süfrəsində iki nəfərdən ibarət olacaq.

Günay Xəlil, Pressing.az üçün

Oxşar xəbərlər


Bütün xəbərlər

Zirə və Şamaxıda "sülh" - YENİLƏNİB
"Turan Tovuz" növbəti dəfə BƏYANAT YAYDI: "Haqsızlığa qarşı mübarizəmizi davam etdirəcəyik"
Kurban Berdıyev: "VAR-a gedəndə başqa qərar gözləyirdim”
Zaur İsmayılov: "Kobud səhvlərimizdən sonra qollar gördük"
"Zirə" - "Qarabağ" matçı üçün HEYƏTLƏR
Almaniya klubunda ayrılıq - RƏSMİ
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
"Real"da yeni müqavilə hazırlığı
13 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Naxçıvan"da yeni oyunçular
"Sabahın ulduzları"nda 11-ci tur start götürüb
Bu gün Mançester derbisi var
MPL: "Araz-Naxçıvan" "Turan Tovuz"a, "Qarabağ" "Zirə"yə qarşı
Azərbaycan yığması Niderlanda məğlub oldu, Ukraynaya qalib gəldi
Anatoli Nuriyevin komandasından darmadağın - 9:0
Sumqayıtda hərəyə 1 qol - VİDEO
Kökçünün komandasından heç-heçə
"Kəpəz"in qələbəsi - VİDEO
Sumqayıtda heç-heçə, "Kəpəz"dən qələbə - YENİLƏNİB
Amil Ağacanov: "Belə stadionlar və azarkeşlərlə Azərbaycan futbolu inkişaf edəcək"