Xəbər lentiwidget-title-icon

Bakıda cüdoçular üçün təlim-məşq toplanışına start verilib
Azərbaycan gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
“Xilasedici” Çempionlar Liqasında “Sportinq”ə qalib gəlib
12 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA İntizam Komitəsi onları CƏZALANDIRDI
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
ML: Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı
Daha bir futbolçu vəfat etdi
ACF və AMADA-dan milli üçün anti-dopinq seminarı
Nərmin Abdinova Avropa çempionu olub
“Neftçi” Yunanıstan klubuna qalib gəlib
Azərbaycan taekvondoçusu Dakarda gümüş medal qazanıb
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
Belçika yığmasında ciddi itki
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
İtaliya klubunda yeni müqavilə - RƏSMİ
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyətlər
İkinci Liqada 11-ci turun oyunlarının vaxtı məlum olub
Tanınmış jurnalist "Səbail"in mətbuat katibi təyin olundu
Azərbaycan güləşçisi beynəlxalq turnirin qalibi oldu
Məşhur mütəxxəssis "Fənərbağça"dan ayrıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb
"Sumqayıt"ın futbolçusu Pakistan millisinə çağırılıb
“Xankəndi”nin doğma şəhərinə köçürülməsi planlaşdırılır

"Buna tam qərar verməmişəm" – Qurban Qurbanov

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda Belçikanın “Gent” klubuna qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bölüşüb.

Pressing.az
xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox vacib oyuna çıxacağıq. İkinci dəfə bu turnirin pley-off mərhələsində oynayacağıq. Ötən ilkindən daha yaxşı nəticə qazanmaq istəyirik. Bütün futbolçular oyuna hazırdır. Rəqib sürətli oyunçulara malikdir və 90 dəqiqə meydanda yaxşı pressinq edirlər. Maraqlı oyun alınacaq. Yaxşı nəticə ilə azarkeşləri sevindirmək istəyirik. Bu rəqibə qarşı bəzi risklərə getməliyik. Hər zonada həddindən artıq diqqətli olmalıyıq. Qarşıda cavab görüşü də var”.

- Doğma meydan, tanış azarkeşlər, "Gent" isə uzaq məsafə qət edib. Sizi narahat edən məqam nədir?

- Doğma Bakımızda oynayırıq. Azarkeş və öz meydanımız baxımından üstünlük bizim tərəfimizdədi. Böyük problemimiz yoxdur. Sadəcə komanda tam mənim istədiyim hazırlıqda deyil. Amma inanmıram ki, bu, hansısa problem yaratsın. Qarşıda daha yaxşı "Qarabağ", oyundan-oyuna daha yaxşı performans gözləyirəm. Yanvardan bu yana istədiyimiz səviyyəyə gəlib çatmamışıq. Bu, böyük narahatlıq verməli deyil. Hər bir halda daha yaxşı olmağa çalışırıq və olacağıq.

- Yeni transferlər komandaya uyğunlaşıb? Sabah onlardan hanısını meydanda görəcəyik?

- Uyğunlaşmaq çətin olmayacaq. Sadəcə hazırlıqları o səviyyədə deyil ki, 90 dəqiqə meydanda mübarizə apara bilsinlər. Kollektivə tam uyğunlaşıblar. Əvvəl sanki utancaqlıq var idi, bizim mentalitetə tam uyğunlaşmamışdılar. Amma get-gedə daha sərbəst hiss edirlər özlərini. Sadəcə əvvəlki performanslarını qaytarmalıdılar ki, bizim də istədiyimiz kimi olsun. Kimin oynayacağı matçın gedişatından asılı olacaq. Sabah səhər də məşqimiz var.Kimin oynayacağı sabah bilinəcək. Yenilərdən kiminsə start heyətində olmaq ehtimalı da var, sonradan meydana çıxmaq ehtimalı da.

- Qapıda Luka Quqeşaşvili olacaq, yoxsa Amin Ramazanov?

- Heyətdə çox dəyişikliklər oldu. Zədəlilər, komandadan gedənlərə baxsaq, heç də az dəyişiklik deyil. Bu gün 3-4 futbolçumuzun heyətdən kənar olması, bizim üçün asan deyil. Bugünkü "Qarabağ"dan daha yaxşı "Qarabağ"ı gələcəkdə görəcəyik. Oyunumuzu tam formalaşdırmamışıq. Kadi və Ovusunun olmaması, Vadjinin getməsi, Abbasın zədələnməsi..Elə oyunçular var ki, özlərinə tam gəlməyiblər. Bunlar narahat edən məqamlardır. Amma qapıya gəldikdə, sabahkı oyunda hər ikisinin oynamaq ehtimalı var. Tam qərar verməmişəm. Oyunda biləcəksiz.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” matçına saat 21:45-də start veriləcək.

Oxşar xəbərlər


Bütün xəbərlər

Bakıda cüdoçular üçün təlim-məşq toplanışına start verilib
Azərbaycan gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
“Xilasedici” Çempionlar Liqasında “Sportinq”ə qalib gəlib
12 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA İntizam Komitəsi onları CƏZALANDIRDI
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
ML: Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı
Daha bir futbolçu vəfat etdi
ACF və AMADA-dan milli üçün anti-dopinq seminarı
Nərmin Abdinova Avropa çempionu olub
“Neftçi” Yunanıstan klubuna qalib gəlib
Azərbaycan taekvondoçusu Dakarda gümüş medal qazanıb
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
Belçika yığmasında ciddi itki
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
İtaliya klubunda yeni müqavilə - RƏSMİ
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyətlər
İkinci Liqada 11-ci turun oyunlarının vaxtı məlum olub
Tanınmış jurnalist "Səbail"in mətbuat katibi təyin olundu