SON DƏQİQƏ! Mahir Emreli “Nürnberq”dən ayrılır » Pressing.Az
SON DƏQİQƏ! Mahir Emreli “Nürnberq”dən ayrılır
Dünya Futbolu 6-05-2025, 16:52

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Nürnberq”dən ayrılacaq.

Pressing.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, o, mövsümün sonunda bitəcək müqaviləsini uzatmayacaq.

Emreli ötən ilin yayında “Nürnberq”ə keçib. O, cari mövsümdə Almaniya təmsilçisinin heyətində 22 oyuna çıxaraq, 8 qol vurub və 1 məhsuldar ötürmə verib.