"Fənərbağça" azarkeşlərinə bəd xəbər » Pressing.Az
"Fənərbağça" azarkeşlərinə bəd xəbər
Dünya Futbolu 31-03-2023, 13:30

"Fənərbağça" klubu Türkiyə Super Liqasının 27-ci turunda doğma meydanda "Beşiktaş"ı qəbul edəcək.

Pressing.az
xəbər verir ki, qonaq komanda İstanbul derbisində dəstəksiz qalacaq. İstanbul Valiliyinin Təhlükəsizlik Şurasının qərarına əsasən, "Beşiktaş"ın azarkeşləri stadiona buraxılmayacaq.

Qeyd edək ki, "Fənərbağça" - "Beşiktaş" görüşü 2 aprel tarixində Bakı vaxtı saat 21:30-da baş tutacaq.