Mourinyo qalır  
                
            Dünya Futbolu
            29-03-2023, 18:16
        

Joze Mourinyo daha bir mövsüm "Roma"da qalacaq.
Pressing.az xəbər verir ki, portuqaliyalı mütəxəssis beynəlxalq fasilə zamanı digər ölkələrin klublarının ona marağına baxmayaraq, 2024-cü ilin iyununa qədər İtaliya klubunda qalmağa qərar verib.
 Mourinyo 2021-ci ilin yayından "Roma"nı çalışdırır. Onun klubla müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

