"Atletiko"da ciddi itki » Pressing.Az
"Atletiko"da ciddi itki
Dünya Futbolu Dünən, 15:12

Madrid “Atletiko”su itki ilə üzləşib.

Pressing.az xəbər verir ki, müdafiəçi Kleman Lanqle zədələnib. La Liqanın 10-cu turunda “Leqanes”lə matçda (3:1) xəsarət alan müdafiəçi azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Lanqle bu mövsüm 2 oyunda meydana çıxıb.