"Hatayspor"un yeni baş məşqçisi məlum olub » Pressing.Az
"Hatayspor"un yeni baş məşqçisi məlum olub
Dünya Futbolu 9-09-2024, 09:00

"Hatayspor"un yeni baş məşqçisi müəyyənləşib.

Pressing.az xəbər verir ki, bu vəzifəyə Rıza Çalımbay təyin olunub. Onunla 1 illik müqavilə imzalanıb. Çalımbay istefaya göndərilən Özhan Pulatı əvəzləyib.

Qeyd edək ki, "Hatayspor" Türkiyə Superliqasında 4 turdan sonra 1 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.