"İnter"dən Lautaro Martines qərarı » Pressing.Az
"İnter"dən Lautaro Martines qərarı
Dünya Futbolu 13-08-2024, 11:00

İtaliyanın "İnter" klubu kapitanı Lautaro Martinezlə yeni müqavilə imzalayıb.

Pressing.az xəbər verir ki, 26 yaşlı hücumçu ilə sözləşmə 2029-cu ilin yayına nəzərdə tutulub.

Qeyd edək ki, Lautaro 2018-ci ildən "İnter"də oynayır. O, ötən mövsüm 44 matçda 27 qol vurub və 7 qolun ötürməsini verib.