Rahil Məmmədovun komandasından heç-heçə » Pressing.Az
Rahil Məmmədovun komandasından heç-heçə
Dünya Futbolu 18-03-2024, 09:56

Futbol üzrə Polşa çempionatında 25-ci turun oyunları keçirilib.

Pressing.az
xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS bu turda evdə “Rakuv”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

R.Məmmədov start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

LKS hazırda 17 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.