Rahil Məmmədovun komandası yenə uduzdu » Pressing.Az
Rahil Məmmədovun komandası yenə uduzdu
Dünya Futbolu 21-05-2024, 09:00

Futbol üzrə Polşa çempionatında 33-cü turun oyunları keçirilib.

Pressing.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Zaqlembe” ilə qarşılaşıb və 0:2 hesabıyla uduzub.

Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.

LKS hazırda 21 xalla sonuncu pillədə qərarlaşıb.