Lunyov milli komandaya çağırıldı » Pressing.Az
Lunyov milli komandaya çağırıldı
Dünya Futbolu 1-03-2024, 15:36

"Qarabağ" klubunun qapıçısı Andrey Lunyov yenidən Rusiya millisinə dəvət alıb.

Pressing.az
xəbər verir ki, yığmanın baş məşqçisi Valeri Karpin komandanın mart toplanışına 32 yaşlı qolkiperin də adını daxil edib.

Rusiya millisi toplanışın ardından - martın 21-də Serbiya, martın 25-də isə Paraqvayla yoldaşlıq görüşləri keçirəcək.