Portuqaliyalı ulduz Qazaxıstan klubunda - RƏSMİ
Portuqaliya yığmasının və "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi, 2016-cı ilin Avropa çempionu Luiş Nani karyerasını Qazaxıstanda davam etdirəcək.
Pressing.az xəbər verir ki, futbolçu "Aktobe" klubu ilə razılığa gəlib. Bu barədə klub məlumat yayıb. Qazaxıstan təmsilçisi 39 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Nani 2007-2015-ci illərdə "Mançester Yunayted"in şərəfini qoruyub.