Xəbər lentiwidget-title-icon

Elman Sultanov "Mingəçevir"dən ayrıldı - RƏSMİ
Asim Xudiyev Millətlər Liqası matçına təyinat alıb
Məşhur futbolçu Türkiyə yığmasının düşərgəsini tərk etdi
Azərbaycan millisindən 6 medal
Yankoviç birinci oldu
Misli Premyer Liqasında 13-cü turun oyunlarının vaxtı açıqlandı
Azərbaycan millisi Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
Rahmonaliyev oynadı, komandası uduzdu
13 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
“Neftçi” və “Qarabağ”ın oyunlarının vaxtı məlum oldu
"Neftçi"nin legioneri oynadı, komandası qələbə qazandı
OYUN GÜNÜ: Azərbaycan millisi Lixtenşteynə qarşı
Argentina millisində yeni müqavilə - RƏSMİ
Azərbaycan şahmatçılarından Avropa çempionatında üç medal
Azərbaycan klubundan ayrılan baş məşqçinin yeni iş yeri
Türkiyə evdə Belçikaya belə uduzdu - VİDEO
Keçmiş futbolçu bu klubun məşqçisi oldu
Azərbaycan boksçusu Avropa yığmasında
Ayxan Abbasov: "İnanıram ki, sabah istədiyimiz qələbəni qazanacağıq”
Toral Bayramov Lixtenşteynlə oyundan öncə nələr dedi?
Azərbaycan təmsilçisi Türkiyə klubuna məğlub olub
“Neftçi”nin komandaları üçün antidopinq seminarı
"Kristal Pelas" da baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ
İngiltərə klubundan qapıçısı ilə bağlı qərar
AFFA 4 komandaya texniki məğlubiyyət verib

Didye Deşam: "Sevincimdən uçmayacam"

Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanın üzərində qazanılan 3:0 hesablı qələbədən razı qalsa da, komandasının ümumi çıxışını, xüsusən də ilk hissədəki oyununu bəyənməyib.

Pressing.az xəbər verir ki, o, bu barədə oyundan sonra keçirilən mətbuat konfransında bildiriib. 56 yaşlı mütəxəssis qeyd edib ki, nəticə onu qane etsə də, eyni sözləri oyuna aid edə bilmir:

- Rəqibin sıx müdafiəsi qarşısında dik oyun və sürət çatışmırdı. Oyun çox ləng gedirdi. Futbolçuların “sonda hər şey bizim xeyrimizə olacaq” kimi düşünmələrinin qarşısını ala bilmərəm. Amma biz onlardan daha çox intensivlik tələb etmişdik və bu, çatışmadı. İkinci hissədə, həm dəyişikliklər, həm də rəqibin yorulması sayəsində daha çox fürsətlər qazandıq. Bu, daha yaxşı idi. Amma mən sevindiyimdən uçmayacağam. Qələbə planlaşdırılmışdı, lakin birinci hissədə daha yaxşı oynamalı idik.

– Florian Tovenin meydana daxil olması və vurduğu qol barədə nə deyərdiniz?

- Bu, həm bizim, həm də onun üçün çox yaxşı oldu. Təbii ki, bütün futbolçular kimi o da burada olmaqdan xoşbəxtdir. Həmişə texniki bacarığı və qapı qarşısında soyuqqanlılığı ilə seçilib. Oyuna böyük istək və həvəslə daxil oldu. Onun qol vurmasına çox sevinirəm. Bu, onun üçün xoşbəxt an idi. Komandaya qoşulmaqdan çox məmnundur, bu da dərhal hiss olunur.

- Kilian Mbappenin vəziyyəti necədir?

- O, tam formada idi. Topa toxunduğu anda sürətini görmək olur. O, liderdir, kapitan kimi komandaya ruh verir. Sentyabrda da eyni fiziki hisslərdə olmasa da, bu ruhda idi. İndi isə komandaya motivasiya bəxş edir. Sadəcə top uğrunda mübarizədə topuğundan zərbə aldı. Ağrı kifayət qədər güclü olduğundan ehtiyat üçün meydanı tərk etməyi üstün tutdu.

– Maykl Olise bu gün yaxşı oynamadı…

- Bəli, bu, onun ən yaxşı oyunu deyildi. O, “Bavariya”da sağ cinahda oynamağa alışsa da, əslində mərkəzdə özünü daha rahat hiss edir. Olise çox keyfiyyətli futbolçudur, sadəcə bu dəfə texniki səhvləri çox oldu. Amma mən onunla bağlı narahat deyiləm. Fransa millisinin vacib oyunçularından biri olaraq qalacaq.

– İlk dəfə əsas heyətdə başlayan Kefren Türam və Hyugo Ekitikenin çıxışını necə dəyərləndirirsiniz?

- Bu, heç vaxt asan olmur. Kefren ikinci hissədə daha sərbəst oynamağa başladı. Bu, onun üçün təcrübə olacaq, oyun praktikasına ehtiyacı var. Hyugo isə ilk hissədə oyuna az qoşula bilirdi, amma ikinci hissədə irəliyə daha çox qaçışlar edərək faydalı oldu. Onlar gənc oyunçulardır və onların potensialını görmək üçün daha çox oyun lazımdır.

- Nəticəni kənara qoysaq, ən çox nə xoşunuza gəldi?

- Elementar oyun idi. 7 qol imkanımız var idi, 3-nü vurduq.

Oxşar xəbərlər

Bütün xəbərlər