"Bavariya"dan unikal göstərici » Pressing.Az
"Bavariya"dan unikal göstərici
Dünya Futbolu / Çempionlar Liqası Dünən, 16:49

“Bavariya” UEFA Çempionlar Liqası mövsümünə ardıcıl 22-ci qələbə ilə başlayıb.

Pressing.az xəbər verir ki, Vensan Kompaninin komandası Liqa mərhələsinin 1-ci turunda “Çelsi”ni 3:1 hesabı ilə məğlub edib.

Münhen klubu son 22 mövsümdə 1-ci turda qalib gəlir. Bu isə Çempionlar Liqasının rekordudur. “Bavariya” sonuncu dəfə 2002-ci ilin sentyabrında “Deportivo”ya 3:2 hesabı ilə uduzduğu zaman startda qalib gələ bilməyib.