"Qalatasaray"dan "Bavariya"ya - RƏSMİ » Pressing.Az
"Qalatasaray"dan "Bavariya"ya - RƏSMİ
Transferlər / Dünya Futbolu 29-01-2024, 10:00

Münhen "Bavariya"sı “Qalatasaray”ın futbolçusu Saşa Boeyi transfer edib.

Pressing.az
xəbər verir ki, 23 yaşlı sağ cinah müdafiəçisi ilə 2028-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Saşa bu mövsüm Türkiyə Super Liqasında 19 oyun keçirib və 1 qol vurub. Futbolçu UEFA Çempionlar Liqasında 12 matça çıxıb, 1 dəfə fərqlənib.