Mahrezin xələfi "Mançester Siti"də » Pressing.Az
Mahrezin xələfi "Mançester Siti"də
Dünya Futbolu / Transferlər 10-06-2025, 10:04

"Mançester Siti" Əlcəzair millisinin və "Vulverhempton"un müdafiəçisi Rayan Ait-Nurinin transferini rəsmiləşdirib.

Pressing.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Onun müqaviləsi 5 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, Əlcəzair millisinin daha bir futbolçusu Riyad Mahrez də MS-də çıxış edib.