"Fənərbağça"dan onunla bağlı qərar – RƏSMİ
Dünya Futbolu
16-05-2025, 10:26

"Fənərbağça" futbolçusu İsmail Yükseklə müqavilə müddətini uzadıb.
Pressing.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin 2027-ci il yayında bitəcək sözləşməsi daha bir mövsümlük artırılıb. Bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Qeyd edək ki, İsmail Yüksek bu mövsümdə komadanın heyətində meydana çıxdığı 28 oyunda 2 qol ötürməsi edib.
