"Neftçi" 1600-ə çatdı
Azərbaycan Futbolu
Dünən, 21:58

Premyer Liqamızın 32-ci turunda bu gün keçirilən "Sumqayıt" - "Neftçi" matçı qonaqlar üçün əlamətdar olub.
Pressing.az xəbər verir ki, "ağ-qaralar"ın hücumçusu Andrey Ştoqrinin 87-ci dəqiqədə vurduğu bərabərlik qolu "Neftçi"nin Azərbaycan çempionatları tarixində rəqib qapılarından keçirdiyi 1600-cü top olub.
Qeyd edək ki, qarşılaşma 2:2 hesabıyla başa çatıb.
